İran nüvə sazişini diplomatik yolla xilas edəcəyinə ümid edir
Tehran İrannın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) diplomatik yollarla qorumaq və xilas etmək niyyətindədir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı nüvə silahının yayılmaması üzrə 4-cü Moskva konfransı çərçivəsində deyib.
A.Araqçı bildirib: "İran bu müqavilənin 36-cı bəndi əsasında BHFP qarşısında öhdəliklərini azaltmağa başlayıb və öz hüququndan istifadə edir. Məqsəd müqaviləni qorumaqdır, öldürmək deyil. Buna görə də diplomatik işləri davam etdirmək üçün növbəti mərhələyə qədər kifayət qədər vaxt - iki ay - veririk. Bu, bizim mövqeyimizdir, diplomatik işləri davam etdiririk ".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət