Slimfit
  1. AZƏRBAYCAN

İran mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

İran mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub
Sakura

İran mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

İranda nəşr olunan nüfuzlu “Asiya” qəzetinin 25 fevral tarixli sayında “Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ermənilərin Dağlıq Qarabağı işğal etmələri və mülki əhaliyə qarşı törətdikləri vəhşilikdən bəhs olunub.

Yazıda qeyd edilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra elan olunmamış müharibəyə düçar olub. Ermənistan beynəlxalq aləmdə fəaliyyət göstərən lobbi təşkilatlarının köməyi ilə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib nəticədə Dağlıq Qarabağ bölgəsi erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Bu bölgədə yerləşən Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən dağıdılıb. Şəhəri tərk etməyə çalışan mülki əhali ermənilər tərəfindən pusquya salınıb. Erməni silahlıları qadın, qoca və körpə uşaqlara qarşı vəhşilik edərək onları qətlə yetirib, cəsədlərini təhqir ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalıda 613 nəfər qətlə yetirib, yüzlərlə mülki insan ağır yaralayıb, 1275 nəfər isə girov götürüblər. Girov götürülənlərin bir çoxu haqqında bu günə kimi heç bir məlumat yoxdur.

Bildirilir ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti dünya tərəfindən pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çex Respublikası, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıb. Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub. Bütün bunlara Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kompaniyası çərçivəsində nail olunub.

Məqalədə o da nəzərə çatdırılır ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev atəşkəs rejiminin yaranmasına və işğalın qarşısının alınmasına nail olub. Ərazisinin 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR