Slimfit
  1. İQTİSADİYYAT

İran koronavirusa baxmayaraq ticarət məqsədilə 13 gömrük keçidinin açıq olduğunu bildirib

İran koronavirusa baxmayaraq ticarət məqsədilə 13 gömrük keçidinin açıq olduğunu bildirib
Sakura

İran koronavirusa baxmayaraq ticarət məqsədilə 13 gömrük keçidinin açıq olduğunu bildirib

Bakı, 9 mart, SalamNews, B.Samid. Koronavirusa qarşı qabaqlayıcı tədbirlərə baxmayaraq, İran qonşu dövlətlərlə 13 gömrük keçidinin ticarət məqsədilə açıq olduğunu və fəaliyyət göstərdiyini bildirib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın Dövlət Gömrük İdarəsi məlumat yayıb.

İdarənin rəsmisi Ruhulla Lətifinin sözlərinə görə, qonşu dövlətlərlə ticarət mübadiləsi hazırda 13 quru gömrük keçidi vasitəsilə həyata keçirilir.

İran rəsmisi bildirib ki, hazırda ölkənin ticarət mübadilələrinin çoxu dəniz limanları vasitəsilə aparıldığına görə koronavirusla bağlı narahatlığa səbəb yoxdur.

R. Lətifinin sözlərinə görə, Xəzər dənizində olan limanlar da fəaliyyətini davam etdirir.

Qeyd edək ki, koronavirusun tələfatına görə İran, Çin və İtaliadan sonra üçüncü yerdədir. Bir çox ölkələr İrana gedən və İrandan gələn uçuşlarını və insanların keçidini dayandırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR