Slimfit
  1. İQTİSADİYYAT

İran FATF-ın 'qara siyahı'sına salındı

İran FATF-ın 'qara siyahı'sına salındı
Sakura

İran FATF-ın 'qara siyahı'sına salındı

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərkibində fəaliyyət göstərən Maliyyə Fəaliyyət Tapşırıq Qrupu (FATF) terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı maliyyə islahatlarını başa çatdırmadığına görə İranı "qara siyahı"ya salıb.

Report” xarici mətbuata istinadən xəbər verir ki, FATF İranı maliyyə sistemindəki strateji kəsirləri aradan qaldırmaq üçün 2016-cı ilin iyununda üzərinə götürdüyü maliyyə islahatlarını həyata keçirmədiyinə görə, "Ehtiyat tədbirləri tələb edən yüksək riskli yurisdiksiya" statusuna daxil edib.

Qurumun bəyanatında İranın həmçinin “Palermo Konvensiya”na və “Terrorizmin Maliyyələşdirməsinin Qarşısının Alınması” üzrə FATF standartlarını tətbiq etmədiyi vurğulanıb.

Qeyd edək ki, FATF üzv ölkələrin səlahiyyətli orqanlarına ölkələrindəki İran mərkəzli maliyyə qurumlarının filial və törəmə şirkətlərinə, bu qurumların maliyyə transferlərinə nəzarəti artırmağı və İranda şöbələri olan xarici maliyyə qurumlarına beynəlxalq nəzarəti artırmağa çağırıb.

FATF İranın “Fəaliyyət Planı”nın tələblərini yerinə yetirənə qədər “qara siyahı”da qalacağı bildirilib.

Xatırladaq ki, FATF 1989-cu ildə G-7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə, İtaliya və Kanada) tərəfindən çirkli pulların yuyulmasının qarşısını almaq üçün OECD nəzdində yaradılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR