Slimfit
  1. AZƏRBAYCAN

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi
Sakura

İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb.

Kult.az xəbər verir ki, Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağına aid dərgi “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.

Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən, dərginin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Qadağa müddəti komitənin mayın 24-də dərgi ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.

Bundan əlavə, nəşrin məsul redaktoruna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Elin” dərgisi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşrlərə Nəzarət Komitəsi dərginin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdu. Fars və türk dillərində nəşr olunan “Elin” dərgisi 2010-cu ildən fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR