Slimfit
  1. AZƏRBAYCAN

İran Azərbaycanla ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq niyyətindədir

İran Azərbaycanla ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq niyyətindədir
Sakura

İran Azərbaycanla ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq niyyətindədir

"İqtisadi əlaqələrdə 73%-lik artım qeydə alınıb. Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini bu il milyard dollara çatdırmaqdır. Çətin məsələdir, amma bu istiqamətdə birgə çalışmaqla buna nail ola bilərik".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranda İslam inqilabının 40 illiyinə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün İran-Azərbaycan münasibətləri çox yaxşı hesab olunur: "Bu əlaqələr təkcə siyasətdə deyil, həm də iqtisadiyyatda mövcuddur. Yüksək münasibətlər bizi sevindirir, onlardan məmnunuq. Hesab edirik ki, onları qorumaq və daha da inkişaf etdirmək lazımdır".

Səfir qeyd edib ki, bu əlaqələrdən narazı olan və belə yüksək əlaqələrin olmasında maraqlı olmayan bəzi qüvvələr var. "Prezidentlərin əlaqələri davam etdirməsi çox vacibdir", - diplomat bildirib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də İran həm ölkə daxilində, həm də regionda təhlükəsizlik məsələsinə önəm verir, vəziyyəti sabitləşdirməyə səy göstərir.

Diplomat qeyd edib ki, bu gün xeyli sayda azərbaycanlı turizm, ticarət, tibbi məqsədlər üçün İrana səfər edir: "Bu onu göstərir ki, qarşılıqlı səfərlərdə heç bir maneə yoxdur. Azərbaycanlılar ölkəmizə gələn turistlərin sayı baxımından yalnız iraqlılardan geri qalır".

Onun sözlərinə görə, İran həmçinin təhsil və mədəniyyət sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR