Slimfit
  1. DÜNYA

İran ay ərzində ikinci peykini buraxdı

İran ay ərzində ikinci peykini buraxdı
Sakura

İran ay ərzində ikinci peykini buraxdı

İran müdafiə nazirinin müavini Qasem Taqizadə bəyan edib ki, ötən aykı uğursuz cəhdlərdən sonra bu həftə İran “Dusti” (“Dostluq”) peykini orbitə buraxıb.
Azvision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, Taqizadə həmçinin, İranın tez bir zamanda “Tolu” adlı peykini də kosmosa buraxmaq niyyətində olduğunu deyib. 

“İranlı alimlərin gücü və Allahın köməyi ilə ötən axşam “Safir” raket daşıyıcısı “sübhün 10 günü” münasibətilə “Dusti” rabitə peykini buraxıb və onu orbitə çıxarıb” - İran müdafiə nazirinin müavini bəyan edib. 

Xatırladaq ki, yanvarın ortasında İran anonsunu verdiyi yerli istehsal olan 2 süni peykindən birincisini – “Payam”ı (“İsmarıc”) orbitə çıxarmağa cəhd etmişdi, lakin buraxılış uğursuzluqla nəticələnmişdi. Bunun ardınca Tehran “Dusti” peykini orbitə buraxacağını elan etmişdi. 

ABŞ və Avropa ölkələri İranın kosmosa peyk çıxarmaq cəhdlərini qınayaraq, bununla Tehranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu deyirlər. Onların iddiasına görə, İranın özünün uzaqmənzilli raket və peyk texnologiyasını inkişaf etdirməklə nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket hazırlaya bilər. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR