Slimfit
  1. DÜNYA

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək
Sakura

İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması beynəlxalq qanunların pozulmasıdır. SİA xəbər verir ki, bu sözləri İranın vitse-prezidenti Leya Cənidi deyib.

O bildirib ki, insidentlə əlaqədar İran beynəlxalq məhkəməyə müraciət edəcək. Hələlik faktlar və sübutlar toplanır. Sonra İran bu faktları beynəlxalq məhkəməyə təqdim edərək hava sərhədinin ABŞ tərəfindən pozulmasına hüquqi qiymətin verilməsini tələb edəcək.

Xatırladaq ki, iyunun 13-də ABŞ-ın pilotsuz təyyarəsi İranın hava məkanına qanunsuz daxil olub. İranın Hərbi Hava Qüvvələri isə təyyarəni vurub.

Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bazasından havaya qalxaraq İran ərazisinə daxil olub. Bununla əlaqədar BƏƏ-nin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR