Dərc edildi: Baxış sayı: 420
İran və ABŞ rəsmiləri arasında Omanın paytaxtı Maskatda gizli sövdələşmə olub
İran və ABŞ rəsmiləri arasında Omanın paytaxtı Maskatda gizli sövdələşmə olub.
Axar.az xəbər verir ki, bu iddia ilə İranın Milli Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü Cavad Kərim Qadusi deyib.
O bildirib ki, İran dini lideri Əli Xameneinin etirazlarına baxmayaraq, tərəflər arasında razılıq baş tutub:
“İran liderinin ABŞ-la masa arxasına oturmağın təhlükəli olduğu yönündə açıqlamasından sonra bu görüşlər baş tutub. Zərifin (İran XİN rəhbəri) bu həmləsindən görünür ki, rejim Tramp administrasiyası ilə rabitə kanallarını açmaq niyyətindədir. Tramp nüvə razılaşmasından çıxdığını bəyan etməsindən bəri Zərif bu masaya oturmağa can atırdı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət