Slimfit
  1. AZƏRBAYCAN

İradə İbrahimova: “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” kampaniyasını hər kəs dəstəkləyir”

İradə İbrahimova: “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” kampaniyasını hər kəs dəstəkləyir”
Sakura

İradə İbrahimova: “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” kampaniyasını hər kəs dəstəkləyir”

"Azərbaycan Prezidentinin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başlanan payız ağacəkmə aksiyaları çərçivəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində müxtəlif cinsli ağaclar əkilib".

Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, aksiyalar bu gün də davam edir: "Sabah saat 11:00-da jurnalistlərin təşəbbüsü ilə "jurnalistlər binası"nın ətrafında Nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək və ərazidə müxtəlif cinsli ağaclar əkiləcək. Sevindirici haldır ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub".

İ.İbrahimova bildirib ki, payız ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar da keçirilir: "Noyabrın 21-dən başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə, ümumilikdə,  2000-dən çox müxtəlif cinsli ağac əkilib. Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR