İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı - QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.
Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət