Slimfit
  1. CƏMİYYƏT

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı
Sakura

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

İqtisadiyyat Nazirliyi tərəfindən zəruri qayda və tələblərə əməl etməyən 225 sahibkarlıq subyekti barədə tədbir görülüb.

Nazirlikdən verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində 21-22 sentyabr tarixlərində keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Ucuzluq univermaq”da, “Sabit market”də, “Ərəzin restoranı”nda, “Line lahmacun kafesi”ndə, “Bir ləzzət kafesi”ndə, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Buta market”də, “Kaspian market”də, “RV Baku geyim mağazası”nda, “Sizin market”də, “Evqur xırdavat” mağazasında, “4 yol market”də, “Bol market”də, Qaradağ rayonunda “Soliton” mağazasında, “Old Baku kafe”də, “Sahil “kafe”də, Umud Sadıqova məxsus “Dəftərxana və ofis ləvazimatları mağazası”nda, Xətai rayonunda “Restoran Olivium”da, Sabunçu rayonunda “Al market”də, “Oba market”də, “Asim market”də, “Fantaziya şirniyyat sexi”ndə, “Kafe Emin"də, “N1 kafe”də, “Üzümlü kafe”də, Suraxanı rayonunda “Güllücə ərzaq mağazası”nda, “Halal süfrə” iaşə obyektində, “Kafe-Elit”də, “Tumurcuq kafe”də, Yasamal rayonunda “MM market”də, “Ruzi market”də, “Fuad market”də, “Ləvəngi restoranı”nda, Nəsimi rayonunda “Təndir kafe”də, “Dönərxana kafe”də, “Titanik kafesi”ndə, “Pitixana kafe”də, “Mütəkkə çay evi”ndə, "Vita aptekləri" MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Old city market”də, “Vitrin geyim mağazası”nda, “Colins geyim mağazası”nda, “Albatros geyim mağazası”nda, “Orxideya gül salonu”nda, “Lanarkine geyim mağazası”nda, “Pizza holiday kafe”də, Nizami rayonunda “Baku ceramik mağazası”nda, Orxan Tahirliyə, Məhəmməd Qaracayevə məxsus pərakəndə ticarət obyektlərində, "Xəzri restoran”da, "Sandıq restoran”da, "Tayqa kafe”də, Nərimanov rayonunda “Etrok xlrdavat” mağazasında, “Zərif gül salonu”nda, “Xəzər market”də, “535 çay evi”ndə, “Cook mood kafe və restoran”da, Sumqayıt şəhərində “Ağababa market”də, “Forte fashion” mağazasında, Abşeron rayonunda “Güzella geyim mağazası”nda, “Restoran yenilik”də, ümumilikdə, 225 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR