Slimfit
  1. İQTİSADİYYAT

İqtisadiyyat naziri : Azərbaycanda 700-dən çox İran şirkəti qeydiyyatdan keçib

İqtisadiyyat naziri : Azərbaycanda 700-dən çox İran şirkəti qeydiyyatdan keçib
Sakura

İqtisadiyyat naziri : Azərbaycanda 700-dən çox İran şirkəti qeydiyyatdan keçib

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub.

Bu barədə İqtisadiyyat Nazirliyi dekabrın 26-da məlumat yayıb.

Məlumata görə, onlar İran nümayəndə heyəti ilə birgə Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər.

Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir.

“Artıq birinci mərhələ üzrə Astaraçayla Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib”, - nazirliyin məlumatında vurğulanır.

Tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.

Sonra Azərbaycan və İran nümayəndə heyətləri Astaraçay çayı üzərində yeni körpünün tikiləcəyi əraziyə baxış keçiriblər. Körpünün uzunluğu 100 metr, eni 18 metrə yaxın olmalıdır.

İqtisadiyyat naziri Ş.Mustafayev İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

Azərbaycan-İran əlaqələrindən danışan Ş.Mustafayev son illərdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

“Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb.”, - deyə o qeyd edib.

Görüşdə iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.

Astaraçay Azərbaycan və İran sərhədində yerləşir.

Astara terminalı İranın Astara şəhərində 35 hektar ərazidə yerləşir. O, Azərbaycan-İran sərhədindən 1.4 km aralıdadır. Azərbaycan və İran arasında razılaşmaya əsasən, 2017-ci ildə terminalın inşasına start verilib. Bundan əvvəl bildirildiyinə görə, tikintisini «Azərbaycan Dəmir Yolları» QSC-nin apardığı Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.

Bu dəhlizin Azərbaycan ərazisində olan hissəsinin bu ilin avqustunda istismara hazır olduğu açıqlanıb.

Mənbə: Amerikaninsesi.org

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR