Slimfit
  1. AZƏRBAYCAN

İqtisadiyyat İnstitutunun gənc tədqiqatçısı fərdi təqaüd alacaq

İqtisadiyyat İnstitutunun gənc tədqiqatçısı fərdi təqaüd alacaq
Sakura

İqtisadiyyat İnstitutunun gənc tədqiqatçısı fərdi təqaüd alacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA İqtisadiyyat İnstitutunun daha bir elmi işçisi - İsgəndər Babazadə institutun “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsü oldu.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunun elmi şurasının iclasında direktor, professor Nazim Müzəffərlinin təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. AMEA-nın müxbir üzvü Akif Musayev öz maaşından 1 il müddətinə hər ay gənc tədqiqatçıya 100 manat məbləğində fərdi təqaüd verəcək.

Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Akif Musayev gənc tədqiqatçılar üçün adsız fərdi təqaüdlərin verilməsi təşəbbüsü ilə çıxış edib və bu fikir bəyənilib. İnstitutun elmi şurasının yanvarın 11-də keçirilən iclasında “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsi də təsdiq olunub. Qaydalara əsasən təqaüd institutun direktorunun və AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əməkhaqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 (bir) nəfəri maliyyələşdirir. Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əməkhaqqı hesabından alanın əməkhaqqı hesabına köçürülür. Təqaüd AMEA İqtisadiyyat İnstitutunun yaşı 30-dək olan tədqiqatçılarına əldə etdikləri nailiyyətlər əsasında verilir. Təqaüd onu maliyyələşdirən şəxsin bilavasitə tabeçiliyində işləyənlərə, yaxud elmi rəhbəri olduğu əməkdaşlara verilmir. Təqaüdə namizəd direktor tərəfindən irəli sürülür və bu barədə qərar elmi şuranın iclasında sadə səs çoxluğu ilə qəbul olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR