Slimfit
  1. İQTİSADİYYAT

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq forumda təmsil edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq forumda təmsil edilib
Sakura

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq forumda təmsil edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn Avstraliyada "Asiya İnkişaf Bankı - Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2018"də Azərbaycanı təmsil edib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forum Avstraliyanın paytaxtı Kanberrada Asiya İnkişaf Bankı və Avstraliya Milli Universitetinin təşkilatçılığı ilə keçirilib. Forumda 28 ölkədən dəvət olunan nümayəndələrin iştirakı ilə Asiyanın gələcəyi üçün insan kapitalının və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

İki gün davam edən tədbirdə iştirakçılar formal təhsil, texniki-peşə təhsili və həyat boyu öyrənmə yolu ilə innovativ texnologiyalardan istifadə məsələləri, Asiya ölkələrində və Avstraliyada insan kapitalının inkişafı istiqamətində görülən işlərlə bağlı təcrübələrini bölüşüb.

Qeyd edək ki, Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Bu Forumun məqsədi quruma üzv olan beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etməkdir. 2016-cı ildən etibarən Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir. İİTKM–in nümayəndələri bundan öncə Hindistanda və Şir-Lankada keçirilən forumlarda da müzakirələrə qatılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR