Min illərdir buz qatı altında qalan arxeoloji qalıqlar çürüməyə başlayıb
Alimlər iqlim dəyişikliyinin buzlar altında donmuş arxeoloji qalıqların məhvinə səbəb olacağını söyləyirlər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Qrenlandiya ərazisində əsrlərdir ki, buzla örtülmüş ərazilərdə aparılan araşdırmaların nəticəsinə əsasən alimlərə bu qənaətə gəliblər. Onlar bildiriblər ki, iqlim dəyişikliyi, havaların isinməsi buzların əriməsinə, nəticə etibarı ilə isə onun altında qalan arxeoloji qalıqların çürüməsinə səbəb olur.
İngiltərədə həftəlik olaraq nəşr olunan “Nature” dərgisində yer alan məlumatda isə yağış sularının temperaturunun yüksəlməsi məsələsinə toxunulub. Dərgidə qeyd olunub ki, yağış sularının hərarətinin getdikcə yüksəlməsi və bu isti suların torpağa nüfuz etməsi yerin buz qatı altında 10 min illərdir qorunan arxeoloji qalıqların çürüməsinə səbəb olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət