Slimfit
  1. ELM

İQ-sü yüksək olan qadınla evlənən kişilər niyə daha çox yaşayırlar

İQ-sü yüksək olan qadınla evlənən kişilər niyə daha çox yaşayırlar
Sakura
:0

İQ-sü yüksək olan qadınla evlənən kişilər niyə daha çox yaşayırlar

Aberdeen Universitetinin alimləri tərəfindən aparılan son tədqiqat nəticəsində, yüksək İQ dərəcəsi olan qadınlarla evlənən kişilərin daha uzun yaşadıqları və həyatlarından daha məmnun olduqların aydınlaşıb . Bundan başqa, ağıllı həyat yoldaşına sahib olmaq ağıl zəifləməsindən və Alzheimerdən qoruyur. Tədqiqat zamanı alimlər eyni əkiz cütlükləri müqayisə ediblər. Məlum olub ki, eyni DNT-də olsa da, yüksək İQ-liyi olan qadınlarla evlənən əkizlər orta hesabla daha uzun yaşayır və arvadları yüksək zəkaya sahib olmayan qardaşlarından daha xoşbəxtdirlər.

Alimlər bu fenomen üçün bir neçə izahatın olduğunu təklif edirlər.

  • Birincisi, təhsilli qadınlar daha çox sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verir və həyat yoldaşlarına da bunu təlqin edirlər. Bundan əlavə, ağıllı qadınlar tibbi xidmətlər haqqında informasiyanı daha yaxşı təhlil edirlər və lazım olduqda savadlı tibbi yardım üçün vaxtında müraciət edirlər.
  • İkincisi, yüksək İQ-yə sahib həyat yoldaşının olması, ünsiyyətinizin daha yüksək intellektual səviyyədə olacağını, bunun da beyinə özünəməxsus məşq imkanı yaradacağını göstərir. Beyin inkişafı birbaşa fiziki sağlamlıqla əlaqəli olduğu üçün bu amil əhəmiyyətlidir və çoxsaylı araşdırmalar göstərir ki, ağıllı insanlar daha uzun yaşayır.

Tədqiqatını yekunlaşdıran professor Laurens Ueyli aşağıdakı nəticəyə gəlir: "Uşaq vaxtlarından oğlanlara öyrətməyə dəyər ki, bundan sonra xoşbəxt yaşamaq istəsələr, ağıllı qadınları özlərinə arvad seçməlidirlər".

 

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR