Slimfit
  1. CƏMİYYƏT

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq...

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq...
Sakura

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq...

Son günlər ən çox muzakirə edilən mövzulardan biri ipoteka, yoxsa kirayə yolu ilə mənzil almaq məsələsidir.

Ekspertlərin fikrincə, ilkin fərq mənzilərin qiymətində özünü biruzə verəcək. Çünki kirayə yolu ilə satılan mənzilər 2013 -cü ildən sonra inşa edilmiş binalardan olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, mənzilin qiyməti isə müstəqil ekspertlər tərəfindən təyin ediləcək. Üstəlik İpoteka və Kredit Zəmanət Fondunun xərcləri də bu məbləğin üzərinə əlavə edilir. İpoteka krediti ilə ev almaq istəyənlərə isə 1970-cı ildən sonra tikilən və çıxarışı olan evlərə sahib olmaq imkanı verilir. Üstəlik vətəndaş ipoteka yolu ilə evi istənilən ərazidən seçə bilər, kirayə yolu ilə satılan mənzillərdə isə bu seçim yoxdur.

Hazırda bazarda çıxarışı olan 1970- 2000-ci illər arasında tikilən mənzilərin 1 kvadratmetri əraziyə görə təxminən 750 manatdan başlayır. 2013- cü ildən sonra tikilən mənzillərin bazar qiyməti isə 1200 -2500 manat civarındadır.Bu isə ipoteka krediti ilə satılan mənzillərə tələbatın çox olacağını deməyə əsas verir.

Adi ipoteka ilə satılan mənzillərə görə evlərin dəyərinin 15 faizi ilkin ödəniş kimi alınır. Kirayə yolu ilə satılan mənzillərdə isə vətəndaş aylıq kirayə haqqının 12 mislini birdəfəlik ödəməlidi. Əgər bu evlərdəki ödənişdə 2 aylıq gecikmə olarsa, həmin mənzil vətəndaşdan alınacaq və ödənilən məbləğ geri qaytarılmayacaq.

Ekspertlər bildirir ki, dünya təcrübəsində kirayə yolu ilə satılan mənzillərin kirayəsi bazar qiymətindən yüksək olmur. Hazırda bazarda kirayə qiymətləri isə təxminən 250-800 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR