Slimfit
  1. CƏMİYYƏT

İpoteka və kreditlər üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək

İpoteka və kreditlər üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
Sakura
:0

İpoteka və kreditlər üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. 

Agentlikdən “Report”a verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Bundan sonra ipoteka və kreditlərlə bağlı standart aylıq ödəniş, müddətin qısaldılması ilə aylıq ödənişin saxlanılıması üçün əlavə ödəniş,müddətin saxlanılması ilə aylıq ödənişin azaldılması üçün əlavə ödəniş, kreditin bağlanılması üçün tam ödəniş, zəmanət haqqı, əmlak sığortası ödənişi,həyat sığortası üzrə ödəniş, əmlak sığortası üzrə əlavə ödəniş, fərdi qəza (həyat) üzrə əlavə ödəniş, aylıq kirayə ödənişi və borcun bağlanılması üçün tam ödəniş kimi ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə ödəmək mümküdür.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 9 hüquqi şəxs və 2 özəl təşkilat olmaqla, 223 qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 570 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR