Slimfit
  1. İQTİSADİYYAT

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Sakura

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

27 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin 25 milyon manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

 Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Qiymətli kağızın ISIN kodu

AZ2047008688

Emissiya həcmi

25 000 000 manat

Nominal qiyməti

1000 manat

Hərrac qiyməti

1 003,4306 manat

İstiqrazların tədavül müddəti

20 il

Faiz dərəcəsi

3,25 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

BTB-Kapital İŞ ASC

 

Mənbə: Marja.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR