Slimfit
  1. İQTİSADİYYAT

İpoteka fondu hesabatını açıqladı - 17% artım

İpoteka fondu hesabatını açıqladı - 17% artım
Sakura

İpoteka fondu hesabatını açıqladı - 17% ARTIM

“Kommersant.az” xəbər verir ki, fondun maliyyə hesabatına görə bu, ilin əvvəli ilə müqayisədə 17,05% çoxdur.

İKZF-in aktivlərinin 69%-ni və yaxud 774,302 mln. manatını ipoteka kreditləri təşkil edib. Yanvar-iyun aylarında Fondun kredit portfeli, təxminən, 13,25% böyüyüb.

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597,061 mln. manata çatıb, o cümlədən borc öhdəlikləri 5% azalaraq 565,542 mln. manata düşüb. Fondun cəmi kapitalı isə 27% artaraq 524,758 mln. manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Bu ilin I yarısında İKZF-in faiz gəlirləri 22,793 mln. manat, faiz xərcləri 8,229 mln. manat, dəyərsizləşmə üzrə zərəri 646 min manat, haqq və komissiya xərcləri 371 min manat, digər gəlirləri 397 min manat, insan resursları üzrə xərcləri 1,417 milyon manat, inzibati və digər xərcləri isə 958 min manat təşkil edib. Son nəticədə Fond yarımili 11,569 mln. manat mənfəətlə başa vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR