"iPhone"nun 4 yeni modeli gəlir - Ən ucuz telefon olacaq
Ağıllı telefon bazarının ən önəmli markalarından olan “Apple” 2020-ci ildə yeni “iPhone” modelləri ilə istifadəçilərinin qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, “JPMorgan” tərəfindən yayımlanan hesabata görə, şirkət gələn il “iPhone” satışlarını 195 milyon səviyyəsinə çıxarmağa çalışır. Bu da 2019-cu il üçün hədəflənən 180 milyonluq rəqəmdən 8,5 dəfə çoxdur.
Bəs “Apple” bu artımı necə təmin edəcək?
İddialara görə, “Apple” 2020-ci ildə 4 yeni “iPhone” modeli ilə texnologiya həvəskarlarını sevindirəcək.
Ötən il bazara çıxarılan “iPhone XS”, “XS Max” və XR modellərinin yeni versiyaları 2020-ci ildə rəflərdə olacaq. Bundan əlavə, 4-cü modelin satışa çıxarılması da gündəmdədir. İddialara əsasən, 4-cü model 5G dəstəkli olacaq. Lakin bəzi mənbələr bu modelin digərlərinə nisbətən daha ucuz olacağını deyir.
Bütün bunlara baxmayaraq, şirkətin “iPhone” modellərinin dizaynını dəyişdirməməsi narazılıq doğurur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət