Dərc edildi: Baxış sayı: 632
"iPhone"da yeni təhlükəli boşluq
Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
Bu barədə "Check Point" şirkətinin press-relizində deyilir.
Ekspertlərin məlumatına görə, əlaqə nömrələrinin saxlandığı "SQLite" məlumat bazasındakı boşluq "iPhone" telefonlarının parolunu sındırmağa imkan verir.
Hakerlər ora zərərli şifrə daxil edirlər. İstifadəçi ona lazım olan nömrəni axtaranda isə şifrə işə düşür.
Cinayətkarlar bu yolla həm istifadəçilərin parollarını və əlaqə nömrələrini oğurlaya, həm də telefonu tam idarə edə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət