iPhone X yerə düşsə nə baş verə bilər?
Yaxşı heç nə baş verməyəcək. Görünür yeni iPhone təsadüfi yerə düşmə üçün yaxşı qorunmayıb.
iPhone X – ucuz cihaz deyil və ona aid aksessuarlar da tez almaq olmur, buna görə də adi yerə düşmə onun xarici görünüşünə ciddi zərər verə bilər. Bunu CNET saytı adi testlər zamanı müəyyənləşdirib.
Ola bilsin Apple güman edir ki, əgər siz 1000 dollara cihaz alırsınızsa, onu müdafiə edən aksessuarları da almağa və sığortaya gücünüz çatar. Belə ki, telefonun arxa paneli asanlıqla əzilir və onu cızmaz çox asandır, onu asanlıqla adi açarla cızmaq olar.
Vanessa Hend Orellna təsadüfən telefonun asfalt örtüyünə düşməsi sınağını izah edir. “Çatlar korpusun bütün arxa tərəfi üzrə diaqonal formada əmələ gəldi. Telefonu çevirən kimi ekranın aşağı hissəsində də çatları aşkar etdim. Ən böyük çat sağ aşağı tərəfdə oldu, bu yerdən telefon zərbə almışdı. Əlimi çatın üzərinə toxundurduqda ordan xırda parçalar yerə düşdü. Ekranı söndürdükdə saç qalınlığında çat aşkar etdim. Telefon normal işləyirdi, ancaq telefon xarab görünürdü”.
Mənbə: Populyarnaya Mexanika
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət