Slimfit
  1. TEXNOLOGİYA

“iPhone X” Asiya ölkələri sakinlərinin üzlərini tanımaqda çətinlik çəkir

“iPhone X” Asiya ölkələri sakinlərinin üzlərini tanımaqda çətinlik çəkir
Sakura

"Apple” şirkətinin istehsal etdiyi “iPhone X”dan istifadə edən yaponlar və çinlilər qadcetə quraşdırılmış…

"Apple” şirkətinin istehsal etdiyi “iPhone X”dan istifadə edən yaponlar və çinlilər qadcetə quraşdırılmış biometrik identifikasiya funksiyasından narazıdırlar. Belə ki, “Face ID” sifətin tanınması texnologiyası Asiya ölkələrinin əksər sakinlərinin gözlərini tanımır.

 “iPhone X”un kilidinin açılması üçün qadcetin istifadəçinin açıq gözlərini “görməsi” lazımdır. Lakin məlum olub ki, “Face ID” texnologiyasında bir çox çatışmazlıqlar var. www.reddit.com sosial xəbərlər saytının istifadəçilərindən biri “Face ID” texnologiyasının onun üzünü tanımadığını əks etdirən görüntüləri şəbəkəyə yerləşdirib.

Hələlik bu səhvi aradan qaldırmaq mümkün deyil. “Apple” şirkətinin nümayəndələri Face ID texnologiyasının müxtəlif millətlərin nümayəndələrində sınaqdan keçirildiyini iddia edirlər. Lakin təcrübədə məlum olub ki, “iPhone X” qıyıq gözlü sahiblərini hər zaman tanımır.

 

Mənbə: Trt Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR