Slimfit
  1. TEXNOLOGİYA

“iPhone” cihazının batareyaları hər nəsillə daha pis olur

“iPhone” cihazının batareyaları hər nəsillə daha pis olur
Sakura

“iPhone” cihazının batareyaları hər nəsillə daha pis olur

Demək olar ki, 2018-ci ildə istehsal edilmiş bütün smartfonlar 2017-ci ilin qurğuları ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. Jurnalist bu tendensiyanı aşkar edib, ekspert isə bu vəziyyətin səbəbini izah edib.
 
“The Washington Post” nəşrində smartfonları ətraflı təsvir edən jurnalist aşağıdakı tendensiyanı aşkar edib: növbəti nəsil qabaqcıl smartfonların akkumulyatorları əvvəlki nəsillə müqayisədə daha az avtonom işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “iPhone XS” və “X” smartfonlarının avtonom işləmə müddətini müqayisə edən jurnalist aydınlaşdırıb ki, yeni model köhnə modellə müqayisədə 21 dəqiqə daha az enerji saxlayır.
 
Qabaqcıl “Android” smartfonlarında da eyni tendensiya müşahidə olunur. Məsələn, “Google Pixel 3” smartfonu “Google Pixel 2” ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. “iPhone XR” smartfonu istisnadır: “Apple” şirkətinin tək kameralı çərçivəsiz smartfonu daha çox avtonom işləmə müddətinə malikdir.
 
Batareyaların optimallaşdırılması ilə məşğul olan “Qnovo” şirkətinin baş direktoru bu vəziyyətin səbəbini izah edib. Onun sözlərinə görə, batareyaların təkmilləşdirilməsi üzərində aparılan iş smartfonun başqa aparat təminatı ilə müqayisədə çox ləng gedir. Nəticədə yeni smartfon daha çox enerji tələb edir, amma akkumulyator əvvəlki nəsildə olduğu kimi eynidir.

 

Mənbə: İctnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR