Slimfit
  1. TEXNOLOGİYA

“iPhone 2019” barəsində yeni məlumat ortaya çıxdı

“iPhone 2019” barəsində yeni məlumat ortaya çıxdı
Sakura

“iPhone 2019” barəsində yeni məlumat ortaya çıxdı

“iPhone” modellərinin təqidmatlarına xeyli vaxt qaxlmasdına baxmayaraq onlar barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir.

Yenicag.az xəbər verir ki, hindistanlı insayder Sudhanshu Ambhore bu il təqdim olunacaq 3 yeni iPhone modeli (iPhone XI, iPhone XI Max və iPhone XR 2019) 128 GB-lıq minimal daxili yaddaş həcminə sahib olacağını bildirib. “Apple” şirkətinin bu cür qərar verəcəyi heç də təəccüblü deyil. Çünki müasir smartfonların minimal yaddaş həcmləri 128 GB-dan başlayır.

Qeyd edək ki, hal-hazırda aktual olan “iPhone” modellərinin minimal yaddaş həcmləri 64 GB-dan başlayır.

Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq “iPhone” modellərinin dizaynları keçən ilki modellərin dizaynları ilə eyni olacaq. Yeni “iPhone” modelləri öz aralarında ekran ölçüləri, ekran matrisaları və kamera saylarına görə fərqlənəcəklər.

Son məlumatlara əsasən “iPhone XI” ilə “iPhone XI Max” modelləri üçlü arxa kamera, “iPhone XR” 2019 modeli isə ikili arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı yeni “iPhone” modellərinin A13 Bionic prosessoruna, təkmilləşdirilmiş Face ID texnologiyasına, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına və Dual Audio Bluetooth texnologiysına sahib olacaqları gözlənilir. Yeni “iPhone” modellərinin bu ilin sentyabr ayında təqdim olunacaqları güman edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR