iOS əməliyyat sistemi kiberhücumlara daha davamlıdır - Ekspert
"Sırf ekosistemi bağlı olduğu üçün IOS əməliyyat sistemi kiber hücumlara daha davamlıdır".
Ens.az xəbər verir ki,bu sözləri TED.az-a açıqlamasında İT ekspert Fərid Kərimov deyib.
O hansı əməliyyat sisteminin kiber hücumlara dözümlü olması barədə danışarkən bildirib ki, Android-in bir sıra üstünlükləri məlumdur: "Şəxsən mən Android istifadəçisiyəm. Çünki Android-də sistem açıqdır. iOS əməliyyat sistemi bağlı ekosistem üzərində qurulub. Buraya yalnız Apple-ə məxsus noutbuk, telefon və planşetlər daxildir. Amma Android daha geniş platformadır və bu onun ən böyük üstünlüyüdür. Əksər insanlar deyir, "Androidin üstünlükləri çoxdur, amma biz iOS-dan istifadəni seçirik. Çünki Apple öz brendini premium brend kimi təqdim edir. Azərbaycandakı iOS istifadəçiləri də premium məhsuldan istifadə etdiklərini düşünürlər. Fikrimcə, Azərbaycanda iOS-dan istifadə bunun üzərində qurulub. Bütün bunlarla yanaşı, iOS üzərindən musiqi dinləmək problematikdir. Yalnız xüsusi məhsullar vasitəsilə qulaq asmaq mümkündür. Amma Androiddə bunun üçün daha geniş imkanlar var. Android müxtəlif həllərə daha açıq və cəlddir".
Ekspert vurğulayıb ki, şərtləri çox olduğuna görə, IOS-a tətbiq yerləşdirmək daha çox vaxt tələb edir: "Androiddə isə bu çox asandır. Kiber hücumlarla məşğul olan insanlar Android sistemə daha asanlıqla müdaxilə edə bilirlər. Sırf ekosistemi bağlı olduğu üçün iOS əməliyyat sistemi kiber hücumlara daha davamlıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət