Slimfit
  1. TEXNOLOGİYA

“iOS 12” əməliyyat sisteminin təqdimetmə tarixi məlum olub

“iOS 12” əməliyyat sisteminin təqdimetmə tarixi məlum olub
Sakura

“iOS 12” əməliyyat sisteminin təqdimetmə tarixi məlum olub

“Apple”ın tərtibatçıları əməliyyat sisteminin yekun beta-versiyasını çıxarıblar və tezliklə tam versiya təqdim ediləcək.
 
“iOS 12” sistemi 17 sentyabrda əlçatan olacaq.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru”  saytına istinadən yazır ki, yeni əməliyyat sistemi “iOS 11” sistemini dəstəkləyən bütün qurğularda işləyəcək.
 
Tərtibatçılar dəstəklənən qurğuların tam siyahısını açıqlayıblar:
 
·         iPhone X;
·         iPhone 8 və 8 Plus;
·         iPhone 7 və 7 Plus;
·         iPhone 6S və 6S Plus;
·         iPhone SE;
·         iPhone 6 və 6 Plus;
·         iPhone 5S;
·         iPad Pro (9.7 düym, 10.5 düym, 12.9 düym);
·         iPad (2018);
·         iPad (beşinci nəsil);
·         iPad Air və iPad Air 2;
·         iPad mini 2, 3, və 4;
·         iPod Touch (altıncı nəsil).
 
“iOS 12” əvvəlki sistemdən daha sürətli işləyəcək. Məsələn, mətnin yığılması vaxtı reaksiya daha yaxşılaşacaq. Kilid ekranında göstəriləcək bildirişlər sıralanacaq.
 
Ən genişmiqyaslı yeniliklər “Memoji” və “FaceTime” qrup zəngləri olacaq. Həmçinin “Animoji”nin imkanları genişləndirilib: yeni “iOS”-da onlar göz vura və dil çıxara biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR