Slimfit
  1. İQTİSADİYYAT

İnvestorlar İEOÖ bazarlarından 7 milyard dollardan çox vəsait çıxarıb

İnvestorlar İEOÖ bazarlarından 7 milyard dollardan çox vəsait çıxarıb
Sakura

İnvestorlar İEOÖ bazarlarından 7 milyard dollardan çox vəsait çıxarıb

Ötən həftə beynəlxalq investorlar inkişaf etməkdə olan ölkələrin (İEOÖ) bazarlarından son beş il ərzində ən yüksək həcmdə vəsait - 7,3 milyard ABŞ dolları çıxarıblar.

Report” xəbər verir ki, bu barədə “Kommersant” nəşri “Bank of America”nın məlumatlarına (Emerging Portfolio Fund Research (EPFR) məlumatlarını nəzərə alır) əsaslanaraq yazıb.

Bu göstərici öncəki həftə ilə müqayisədə 10 dəfə çoxdur və 2015-ci il avqustun sonundan bu yana rekorddur. Fevralın ortalarından bəri təqribən 25 milyard ABŞ dolları bazardan çıxarılıb.

Riskli aktivlərdən qaçış koronavirusun Çindən kənarda yayılması şəraitində başlayıb. Analitiklər 2008-ci ilə nisbətən daha böyük tənəzzül gözləyir. Keçən həftə dünya neft bazarında qiymətlərin düşməsi də investorların əsəbləri ilə oynayıb. “FP Wealth Solutions” şirkətinin baş tərəfdaşı Aleksandr Varyuşkinin sözlərinə görə, neftin mənfi dinamikası riskli aktivlər bazarlarına, xüsusən də iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin bazarlarına təsir göstərib, çünki onların əksəriyyəti sırf neft ixracatçısıdır. “Bank of America”dan qeyd ediblər ki, neftin qiymətinin aşağı düşməsi inkişaf etməkdə olan ölkələr üçün ödəmə qabiliyyəti riskini artırır.

EPFR-in məlumatına görə, son bir həftə ərzində investorlar Rusiya fondlarından 40 milyon, Çin fondlarından 1,4 milyard, Hindistan fondlarından 253 milyon, Braziliya fondlarından 32 milyon ABŞ dolları çıxarıb.

Önümüzdəki aylarda yalnız qorunan aktivlərə, məsələn, yüksək etibarlı borc qiymətli kağızlarına və ya qiymətli metallara investisiya qoyan pul bazarı fondlarına investorlar arasında davamlı tələbat olacaq. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR