Slimfit
  1. İQTİSADİYYAT

“İnvest-AZ İnvestisiya Şirkəti” nizamnamə kapitalını 41% artırır

“İnvest-AZ İnvestisiya Şirkəti” nizamnamə kapitalını 41% artırır
Sakura

“İnvest-AZ İnvestisiya Şirkəti” nizamnamə kapitalını 41% artırır

“İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 654 360 manat və yaxud 40,89% artıraraq 1 600 230 manatdan 2 254 590 manata çatdıracaq.

Report” bu barədə maliyyə qurumundakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, kapital artımı “İnvest-AZ”ın dövriyyədə olan 1 230 ədəd adi səhminin nominal dəyərinin 1 301 manatdan 1 833 manata çatdırılması hesabına baş tutacaq. Başqa sözlə, investisiya şirkətinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olmayacaq.

Xatırladaq ki, hazırda “İnvest-AZ”ın səhmlərinin 73,98%-i Elşən Quliyevə, 26,02%-i isə Ceyhun Abdullayevə məxsusdur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR