Slimfit
  1. CƏMİYYƏT

İntihara cəhd edən qadının övladı atasına verildi

İntihara cəhd edən qadının övladı atasına verildi
Sakura

İntihara cəhd edən qadının övladı atasına verildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadının ailəsində olub.

Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.

Dövlət Komitəsinin rəsmisi bildirib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib və qadının üç uşağı olduğu müəyyən edilib.

T.Mərdanoğlu vurğulayıb ki, hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir:

"Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR