İnternetin yaradıcısı qlobal şəbəkənin indiki vəziyyətindən narazıdır
İnternetin yaradıcısı adlandırılan britaniyalı alim Tim Berners-Li “Reuters” agentliyinə müsahibəsində bildirib ki, “Ümumdünya Hörümçək Toru” barəsində əvvəlki nikbinliyini itirib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Tim Berners-Li qlobal şəbəkənin indiki vəziyyətindən, xüsusilə fərdi məlumatlardan sui-istifadə ilə bağlı bu yaxınlarda baş vermiş qalmaqallardan sonra, həmçinin nifrəti yaymaq üçün sosial şəbəkələrdən istifadəyə görə məyusluq hissi keçirir.
Vaxt keçdikcə internet üzərində İT nəhənglərinin nəzarəti daha da güclənir. Alimin sözlərinə görə, “Silikon vadisi”ndə fəaliyyət göstərən “Facebook” və “Google” kimi böyük texnologiya şirkətləri o qədər nəhəng olublar ki, ola bilsin ki, həmin şirkətləri parçalamaq lazım gələcək.
Massaçusets Texnologiya İnstitutu və Oksford Universitetinin professoru Berners-Li tərəfindən 1989-cu ildə ixtira edilmiş protokollar internetin əsasını təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət