Dərc edildi: Baxış sayı: 430
İnternetin yaradıcısı onu məhv etmək niyyətindədir
Müasir internetin yaradıcısı Timoti Berners-Li yeni strukturu olan “Inrupt”u təqdim edib. Layihə çərçivəsində yeni tətbiqlər yaradılacaq ki, bu da istifadəçilərə şəxsi məlumatlarını saxlamaq hüququ verəcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Business Insider” məlumat yayıb.
“Inrupt” Berners-Linin komandasının bir neçə ildir üzərində işlədiyi “Solid” layihənin kommersiya tərəfini təmin edəcək.
Yeni yaradılan birlik bütün məlumatları serverlərində saxlamaq qabiliyyətinə malikdir.
“Hazırladığımız bütün yaxşı strukturlara baxmayaraq, internet güclü qüvvələrin əsas təsir sahəsinə çevrilib. Dünya şəbəkəsi tarixində həlledici vaxt çatıb və onun tərzini dəyişmək lazımdır”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət