Slimfit
  1. TEXNOLOGİYA

İnternetin görmədiyimiz qaranlıq üzü

İnternetin görmədiyimiz qaranlıq üzü
Sakura

İnternetin görmədiyimiz qaranlıq üzü - ​“Deep Web”də gizli məqamlar

“Deep Web” – ingilis dilindən tərcüməsi “Dərin internet” deməkdir.

Son dövrlər bu qaranlıq veb dünya ilə bağlı qorxu janrında filmlər də çəkilir.

Bildiyimiz internetdən fərqli olaraq, bura hər kəs asanlıqla daxil ola bilmir. “Deep Web”ə özəl bağlantılar qurularaq daxil olunur. Çünki “Deep web”ə “Google”, “Yahoo”, “Bing”, “Yandex”, “Mail.ru”, ya da başqa axtarış sistemlərilə giriş etmək mümkün deyil.

İnternetdə bizim tanıdığımız və varlığından xəbərimiz olmayan saytlar var. Bu saytlar axtarış sistemlərində indekslənmədiyi üçün axtarışda tapılmır. Bununsa səbəbi həmin saytlarda qanunla qadağan edilmiş məzmunların paylaşılmasıdır. Sosial mediya şəbəkələri, xəbər saytları, bloglar, onlayn proqram platformaları, oyun, film-serial saytları və ağlınıza gələn hər tip sayt bütün internetin yalnız 4 %-ni təşkil edir. “Deep Web” daha geniş bir rəqəmsal sahəni əhatə edir.

İKT üzrə İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu gün “Deep Web”də silah, narkotik, insan alveri gedir:

“Ora adi bir istifadəçi daxil ola bilməz. “Deep Web” tamamilə başqa bir protokollar üzərində qurulub. Ora tamam başqa bir müstəvidə fəaliyyət göstərir. Ora qaranlıq bir zirzəmi kimidir. Daxil olmaq müəyyən kodlar tələb edir. Bunu da daha çox müəyyən texniki bilikləri olan şəxslər, hakerlər bacara bilir.

“Deep Web”ə daxil olmaq məsuliyyət deyil. Ora da bir internet məkanıdır. Daxil olub müəyyən əlaqələr qurulursa, müxtəlif dövlətlərin qanunvericiliyində qadağan olunmuş, cinayət məsuliyyəti olan məsələlər həyata keçirilirsə və onlar hüquq mühafizə orqanları tərəfindən üzə çıxarılarsa, buna qarşı tədbirlər mütləq görülür.

Bu gün bizim internetdə hər bir hərəkətimiz müəyyən bazalarda arxivləşdirilir. Real olaraq, bu, təhlükəsizliyin qlobal səviyyədə qorunması ilə bağlıdır. Qara işlərlə məşğul olmaq istəyən şəxslər işlərini internet üzərindən görə bilmir. Bu səbəblə onlar “Deep Web”ə daxil olurlar. Adi internet istifadəçilərinin bura daxil olmağa cəhd etməsi isə ümumiyyətlə, lazım deyil."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR