Slimfit
  1. CƏMİYYƏT

İnternetin bahalaşmasına şirkətdən CAVAB

İnternetin bahalaşmasına şirkətdən CAVAB
Sakura

İnternetin bahalaşmasına şirkətdən CAVAB

"Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir".

Bu barədə internet tarifinin artması ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq "Aztelekom" MMC-dən bildirilib.

Qeyd olunub ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir:

"Aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır.

Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır.

Şirkətimiz davamlı olaraq bazar konyunkturunu resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir.

Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib.

Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Tariflərlə bağlı ətraflı məlumatı "Aztelekom" üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, "Baktelecom" üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə edə bilərsiniz".

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR