Dərc edildi: Baxış sayı: 750
İnternetdən paltar sifariş etdi, bağlamadan torpaq çıxdı
Rusiyanın Moskva şəhərində Yeni il ərəfəsi fırıldaqçılar çoxalıb.
REN TV-nin xəbərinə görə, bununla bağlı vətəndaşların polisə etdiyi şikayətlər artıb.
Təqaüdçü qadının internet vasitəsilə sifariş etdiyi dörd paltarın əvəzinə, poçtla içində torpaq olan dörd qutu bağlama göndəriblər.
Anbar sahibinin sifariş etdiyi usta aləti dəsti əvəzinə, paltar sabunu qırığı, sarı qələm və çəkic göndəriblər.
Növbəti şikayətçi isə santexnik olub. Onun sifariş etdiyi usta aləti əvəzinə rezin çəkic və paltar sabunu göndəriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət