Internet kosmetika mağazası bağlandı
Rusiyanın internet kosmetika mağazası olan Pudra.ru bağlanıb.
Femida.az facemark.az-a istinadən bildirir ki, bu barədə "The Blueprint" yazıb.
Mağazanın saytı hazırda əlçatmazdır. Bununla birlikdə yazılır ki, şirkətin saytı yenilənir. Pudra.ru-nun nümayəndəsi nəşrə bağlanma haqqında xəbəri təsdiq edib, amma növbəti şərhlərdən imtina ediblər. Onlayn mağazanın sosial şəbəkələrində sonuncu yenilənmə dekabrın 18-də olub. Amma bir çox istifadəçi postların altında sifarişlərinin hələ də çatmamasından gileylənib. Bununla yanaşı, mağazanın "Instagram" platforması üzərindən endirimlər haqqında paylaşım edilib. Amma istifadəçilər isə bildirir ki, endirimlər haqqında xəbərlər etibarsızdır.
Qeyd etmək yerinə düşər ki, Pudra.ru İlona Yusupova tərəfindən 2013-cü ildə əsası qoyulub. Mağaza tez bir zamanda müştərilər arasında populyarlıq qazanıb. O, həmçinin Rusiyanın ən iri internet kosmetika mağazasına çevrilib. 2017-ci ildə isə "Sekret firması" onlayn mağazanın dəyərini 360 milyon rubl (5,2 milyon dollar) qiymətləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət