Slimfit
  1. CƏMİYYƏT

İnternet hər bir vətəndaşın həyat tərzinə çevrilib

İnternet hər bir vətəndaşın həyat tərzinə çevrilib
Sakura

İnternet hər bir vətəndaşın həyat tərzinə çevrilib

“Azərbaycanda söz və mətbuat azadlığı var. Əlbəttə ki, bu gün Azərbaycanda həm klassik media nünunələri öz varlığını qoruyub saxlayır. Klassik qəzetçilik ənənələri yaşayır. Həm də eyni zamanda, yeni media elementləri mövcuddur”.

Bu fikirləri Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

A.Aşırlı bildirib ki, ölkəmizdə yeni media elementləri sürətlə inkişaf edir: “İnternet televiziyaları artır, saytlar, informasiya portallarının sırasına, demək olar ki, hər gün yeniləri əlavə olunur. Hesab edirəm ki, Azərbaycan həm də internetə əlaçatanlıq baxımından çox inkişaf edib. İnternet hər bir vətəndaşın həyat tərzinə çevrilib. Hər bir kəs sosial şəbəkələrdə informasiya alır və sərbəst şəkildə yayır. Bu, mətbuat azadlığının fundamental prinsiplərinin Azərbaycanda qorunub saxlanmasının sübutudur”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakıda keçirilən Qoşulmama Hərəkatının sammitində Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunduğunu bildirib: “Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlm an dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR