Slimfit
  1. TEXNOLOGİYA

İnternet bu media nəhənglərini məhv etdi

İnternet bu media nəhənglərini məhv etdi
Sakura

İnternet bu media nəhənglərini məhv etdi

İnternet mediasının inkişafı çap mediasının sonunu gətirməkdədir. Artıq informasiyanın daha tez, daha əlçatan və sürətlə yenilənən bir vaxtında qəzetlər onlayn mediaya ciddi şəkildə uduzur. Dünyada baş verən prosesləri anında oxucularının “ovcuna” daşıyan onlayn media nüfuzlu nəşrlərin ciddi tiraj itirməsinə səbəb olur. Cüzi məbləğlə çoxsaylı internet media resursunu izləmək fürsəti qazanan oxucu əlavə pul xərcləyərək, köhnəlmiş materialların dərc olunduğu qəzetləri almaqdan imtina edir. Çap mediası da qəzet kağızı və nəşriyyat xərclərindən yaxa qurtarmağa çalışır. Nəticədə isə ənənəvi media sıradan çıxır.

Axar.az xəbər verir ki, proses təxminən 2008-ci ildən başlayıb və 2012-ci ildən sürətlənib.

Belə ki, 2009-cu ilin əvvəlində ABŞ-ın iki irihəcmli qəzeti - “Seytl Post-İntelliqenser” və “Rokli Mointain Nevs” çap fəaliyyətlərini dayandırıb. Hər iki qəzet Hər iki qəzet hazırda yalnız onlayn versiyada fəaliyyət göstərir.

Həmin ilin 27 mart tarixindən ABŞ-ın “Kristian Sayns Monitor” qəzeti də gündəlik çapdan imtina edib.

2016-cı ildən isə rusiyalı iş adamı Aleksandr Lebedevə məxsus İngiltərədə nəşr olunan, dünyanın nüfuzlu qəzetlərindən olan “İndependent” nəşrini dayandırıb və onlayn fəaliyyətə keçib.

2017-ci ilin 30 noyabr tarixindən etibarən Fransanın satirik və daha çox Məhəmməd peyğəmbərin karikaturaları ilə məşhurlaşan “Şarli Hebdo” almanca nəşrindən imtina edib.

Rusiyanın aparıcı gündəlik qəzetlərindən olan “Novıye İzvestiya” da 2016-cı il mayın 13-dən çapını dayandırıb.

Bu ilin yay ayında isə Türkiyənin “Ciner Media” qrupu “Xəbərtürk” qəzetinin qapadılması haqqında qərar verib. Türkiyənin ən populyar qəzetləri sırasında olan “Xəbərtürk” artıq 6 aydır ki, ancaq onlayn versiyada fəaliyyət göstərir.

Onlayn medianın öz hüdudlarını genişləndirməsi “Vaşinqton Post”, “Nyu York Tayms”, “Qardian” kimi məşhur nəşrlərə də təsir edib. Hətta “Vaşinqton Post” qəzeti işçilərinə öz istəklərinə uyğun, könüllü şəkildə işdən çıxmağı təklif etmişdi. Qəzet hələ nəşrini davam etdirsə də, bəzən ili 200 milyona çatan ziyanla başa vurur.

Bu nəşrlər çap versiyalarını dayandırmaq qərarlarını hələlik “növbəti ilə” təxirə salmaqdadırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR