Slimfit
  1. İQTİSADİYYAT

İnternet biznesin 5 perspektiv istiqaməti

İnternet biznesin 5 perspektiv istiqaməti
Sakura

İnternet biznesin 5 perspektiv istiqaməti

Biznesə başlamamışdan və ona vaxt, güc və pul sərmayə etməzdən əvvəl bazarın marketinq analizini həyata keçirməyiniz tövsiyə olunur.

Hər bir biznes əmtəə və ya xidmətlərin satışı ilə bağlıdır. İnternet sahəsi də istisna deyil.

İnternet sahəsində hansı əmtəələrə tələbat yüksəkdir:

  1. İnternet-trafik. Bu, əmtəə №1-dir. İnternet-trafik dedikdə, internet istifadəçilərinin axını nəzərdə tutulur. Bu axın “link” lər vasitəsilə bir saytdan digər sayta doğru hərəkət edir. O, müxtəlif keyfiyyətə, qiymətə və ölçüyə malik ola bilər. Məsələn, əyləncə trafiki qiymət baxımından çox ucuzdur. Maliyyə, daşınmaz əmlak və ya tibb tematik saytların trafikinin qiyməti isə daha yüksək olur. Axtarış sistemləri, bloqçular, sosial şəbəkələrdəki qrupların administratorları, mobil tətbiqlərin tərtibatçıları və s. daha çox trafik istehsal edirlər.
  2. Məqalələr. İnternet vasitəsilə keyfiyyətli məqalələr satmaq olar. Burada əsas istehlakçılara bloqçular, veb-təlimçilər və sosial qrupların adminləri daxildir.
  3. Şəkillər və qrafika. Əmtəənin bu növü məqalələrlə müqayisədə ucuz olsa da, daha geniş alıcılar dairəsinə malikdir. Şəkillərdən təkcə məqalələrdə deyil, eyni zamanda reklamın yaradılması zamanı istifadə olunur. Şəkillər sosial qrafik birjalarda (fotostoklar) effektiv satılır.
  4. 3D modellər. Gördüyünüz kimi, qrafikanın bu növü ayrı bir qrupa daxil edilib. Bunun əsas səbəbi ondan ibarətdir ki, 3D qrafikaya tələbat daha yüksəkdir. 3D modellərdən bloqçular, veb-təlimçilər, reklam agentlikləri və oyun tərtibatçıları istifadə edir. 3D printerlərinin inşası ilə əmtəənin bu növü bazarda daha bir seqmentə sahib olacaqdır.
  5. Videolar. Təqdimatlara, cizgi filmlərə və eləcə də qısametrajlı kliplərə tələbat olduqca yüksəkdir. Əsas bazar – youtube.com saytıdır.

Gördüyünüz kimi, internet vasitəsilə pul qazanmaq olduqca real görünür. Lakin bu sahədə də fırıldaqçıların sayı çoxdur, buna görə də hər zaman ehtiyatlı olun.

İnternet biznesin istiqamətini necə seçim?

Çox vaxt gənc biznesmenlərdə belə bir sual yaranır: “İnternet biznesin istiqamətini necə seçim ki, yanılmayım?”. Əgər özünüzü etdiyiniz seçimdə komfort hiss edirsinizsə, bu işə öz vaxtınızı və gücünüzü sərmayə etməyə hazırsınızsa, tərəddüd etməyin. Lakin bu o demək deyil ki, kortəbii şəkildə hərəkət etməlisiniz. Əlbəttə ki, yox. Biznesə başlamazdan əvvəl bunları etməyiniz gərəkdir:

  • Bazardakı vəziyyətin analizi
  • Tələbatı nəzərə alaraq əmtəə və xidmətləri düzgün seçilməsi
  • Maliyyə imkanların qiymətləndirilməsi
  • Biznes-planın tərtib edilməsi

Eyni zamanda, öz bilik və bacarıqlarınızı da düzgün qiymətləndirməlisiniz. Yalnız məntiqi təşəkkürünüzə arxalanmalı deyilsiniz. Özünüzə güvənin və hər bir şeyə qarşı diqqətli olun. Əgər biznesmen ailəsində anadan olmamısınızsa, yalnız özünüzə güvənməlisiniz. Bütün istiqamətlərdə hərəkət edin, bazarı öyrənin, seçdiyiniz sahənin mütəxəssisləri ilə əlaqələr qurun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR