Dərc edildi: Baxış sayı: 790
İnternat məktəbində oxuyan qız 648 balla tələbə oldu
2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarından biri Nuranə Hüseynovadır. O, Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunudur. İmtahanda 648.6 bal toplayan N.Hüseynova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.
Nuranənin anası Aynur Hüseynova Azvision.az -a bildirib ki, qızı sınaq imtahanlarında 600-dən çox bal toplayıb.
“Ailədə 3 uşaqdırlar. Nuranə ikinci övladımdır. Böyük bacısı Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alır. Qardaşı isə səkkizincə sinifdə oxuyur. Həyat yoldaşım Rusiyada işləyir. Mən isə məktəbdə laborant işləyirəm. Nuranəni internat məktəbinə müəllimləri tanıdığımıza görə qoymuşduq. Orada təhsil yüksək səviyyədədir. Qızım çox oxuyurdu, çalışırdı, axır ki, istəyinə çatdı”, - deyə A.Hüseynova vurğulayıb.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 11 abituriyent internat tipli təhsil müəssisələrindən məzun olublar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət