Slimfit
  1. TEXNOLOGİYA

“Intel Core i5” səviyyəli prosessor yaradılıb

“Intel Core i5” səviyyəli prosessor yaradılıb
Sakura

“Intel Core i5” səviyyəli prosessor yaradılıb

Çinin “Zhaoxin” şirkəti “x86” arxitekturası əsasında “Intel” və “AMD” məhsulları ilə rəqabət aparacaq “KX-6000” prosessorunu təqdim edib.

ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, masaüstü kompüter, noutbuk və serverlər üçün hazırlanan yeni prosessor “Hyper-threading” texnologiyasını dəstəkləmədən yeddinci nəsil “Intel Core i5” prosessorları ilə müqayisə ediləcək məhsuldarlığı təmin edir.

Məlumata görə, 16 nanometrlik “FinFET” texnoloji prosesi üzrə istehsal edilən “KX-6000” prosessoruna 3 QHs takt tezlikli dörd və ya səkkiz nüvə, ikinci səviyyəli 8 meqabaytlıq quraşdırılmış yaddaş daxildir və ikikanallı “DDR4-3200” yaddaşını dəstəkləyir.

Müqayisə üçün qeyd edək ki, əvvəlki “Zhaoxin” məhsulu – “KX-5000” prosessoru 26 nanometrlik texnoloji proses üzrə istehsal edilib, dördnüvəli və 2 QHs takt tezlikli olub.  

“KX-6000” prosessorunun satışa çıxarılma müddəti və təxmini qiyməti barədə məlumat verilmir.
“Zhaoxin” Çin hökuməti və “Via Technologies” şirkətinin birgə müəssisəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR