Slimfit
  1. CƏMİYYƏT

İnsultun qarşısını almağın yeddi yolu

İnsultun qarşısını almağın yeddi yolu
Sakura

İnsultun qarşısını almağın yeddi yolu

Hər birimiz bu gündən insultun qarşısını almaq üçün profilaktik tədbirlərə başlaya bilərik. Yaşınızdan və genetikanızdan asılı olmayaraq, özünüzü qorumağa çalışın.

İnsultun qarşısını almaq üçün nə edə bilərsiniz?

İnsult riskini artıran səbəblərdən biri də ən az genetika qədər rolu olan yaş faktorudur. Bu halda siz zamanı idarə edə və ya ailə genlərinizi dəyişə bilməzsiniz, amma bəzi qabaqlayıcı tədbirlər görə bilərsiniz.

Harvard Tibb Məktəbinin professor nevroloqu və Massaçusets Xəstəxanasının insult şöbəsinin professoru Nataliya Rost da açıqlamasında bunu təsdiq edib.

İnsultun sizə yox, sizin ona təsir edə biləcəyiniz üsullar bunlardır:

1. Qan təzyiqinin azaldılması

Yüksək qan təzyiqi nəzarət edilmədiyi təqdirdə insult riskini dörd dəfəyə qədər artıran səbəbdir. Həkim Rostun sözlərinə görə, yüksək qan təzyiqi kişilərdə və qadınlarda insult riskinin əsas səbəbidir. Qan təzyiqinə nəzarət  və onun müalicəsi qan damarlarınız üçün çox faydalıdır.

Əsas məqsədiniz: qan təzyiqinizi 135/85-dən aşağı səviyyədə saxlamaqdır. Bəziləri üçün isə bu rəqəm daha aşağıdır (məsələn, 140/90).

Buna necə nail olmaq olar:

- Qida rasionunuzda duzun miqdarını gündə 1500 mq (təxminən yarım çay qaşığı) qədər azaldın.

­- Hamburger, pendir və dondurma kimi xolesterolu yüksək olan qidalardan uzaq durun.

- Hər gün 250-400 qr arası meyvə-tərəvəz, həftədə iki-üç dəfə balıq, eyni zamanda, taxıl qidaları və az yağlı süd məhsullarından istifadə edin.

- Daha çox hərəkət - gündə minimum 30 dəqiqə (mümkünsə daha çox) fəaliyyətdə olun.

- Siqaret çəkirsinizsə, siqareti tərgidin.

Lazım gələrsə, yüksək təzyiq əleyhinə dərman qəbul edin.

2. Arıqlamaq

Piylənmə və artıq çəki (yüksək təzyiq və diabet daxil olmaqla) insult riskinizi artırır. Çəkiniz artıqdırsa, atacağınız hər 5 kq üçün insult riski əhəmiyyətli dərəcədə azalır.

Sizin məqsədiniz: İdeal bədən kütləsi indeksi (BMI) 25 və daha az olsa da, bu sizin üçün real olmaya bilər. Şəxsi çəki strategiyanızı yaratmaq üçün həkiminizlə məsləhətləşin.

Buna necə nail olmaq olar:

- Gündə 1500-2000 kaloridən çox qəbul etməməyə çalışın (fəaliyyət səviyyəniz və hazırkı BMI-dən asılı olaraq).

- Gündəlik gəzinti, qolf və ya tennis oynamaq kimi məşğuliyyətlərin miqdarını artırın.

3. İdmanla məşğul olun

Məşq nəinki kilo verməyə və qan təzyiqini azaltmağa kömək edir, o, həm də insult riskini azaltmağın yoludur.

Sizin məqsədiniz: həftədə ən az beş gün normalar daxilində intensiv idman edin.

Buna necə nail olmaq olar:

- Səhər yeməyindən sonra hər səhər gəzintiyə çıxın.

- Dostlarla fitnesə başlayın.

- İdmanla çətin nəfəs alarkən belə danışa biləcəyiniz səviyyədə məşğul olun.

- Mümkün aədər lift yerinə pilləkənlərdən istifadə edin.

- İdmana ayıracaq 30 dəqiqə vaxtınız yoxdursa, onu gün ərzində 10-15 dəqiqə olmaqla bir neçə dəfə edin.

4. İçki içirsinizsə, miqdarını azaldın

Az miqdarda spirtli içki içmək insult riskini azalda bilər. “Tədqiqatlar göstərir ki, gündə bir dəfə alkoqol qəbul etsəniz, insult riskiniz daha aşağı ola bilər”, - deyə həkim Rost deyib.

Sizin məqsədiniz: spirtli içki içməyin və ya bunu normada edin.

Buna necə nail olmaq olar:

- Gündə bir qədəhdən çox olmayaraq spirtli içki qəbul edin.

- İlk seçiminiz isə qırmızı şərab olsun. Çünki onda ürəyi və beyini qorumaq üçün nəzərdə tutulan resveratrol var.

- Qida porsiyalarınıza diqqət edin. Standart ölçülər belədir:  şərab 1 badə, pivə 1 stəkan, təsirli içki 1 rumka.

5. Atrial aritmiyanı müalicə etmək

Atrial aritmiya ürəkdə laxtalanmanın (qan laxtalarının) meydana gəlməsinə səbəb olan nizamsız döyüntüdür. Bu laxtalanmalar beyinə gedərək insulta səbəb ola bilər. “Atrial aritmiya insult inkişafında, demək olar ki, beş dəfə artıq riskə malikdir və buna ciddi yanaşmaq lazımdır”, - deyə Rost bildirib.

Sizin məqsədiniz: əgər sizdə atrial aritmiya varsa, onu müalicə edin.

Buna necə nail olmaq olar:

Sürətli döyüntü kimi simptomlarınız varsa, müayinə üçün həkiminizə müraciət edin.

Artrial aritmiya zamanı insult riskinizi azaltmaq üçün dərman preparatlarından istifadə etməyiniz məsləhət görülür.

6. Diabeti müalicə edin

Qanda şəkərin səviyyəsinin artması zamanla qan damarlarını zədələyir və onların laxtalanması ehtimalını artırır.

Sizin məqsədiniz: qan şəkərinizi nəzarət altında saxlamaq.

Buna necə nail olmaq olar:

- Həkiminizin də tövsiyə etdiyi kimi, qan şəkərinizə nəzarət edin.

- Pəhriz gözləyin, idmanla məşğul olun.

7. Siqareti tərgidin

Siqaret müxtəlif səbəblərlə laxtalanmanın meydana gəlməsini sürətləndirir. Qanınızı qatılaşdırır və damarlarda yığıntıların miqdarını artırır. Sağlam pəhriz və müntəzəm məşqlə yanaşı, siqaretdən imtina insult riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək. Bu, həyat tərzinizi əhəmiyyətli dərəcədə dəyişəcək.

Sizin məqsədiniz: siqareti tərgidin.

Buna necə nail olmaq olar:

- Siqareti tərgitmək üçün ən uyğun üsulu həkiminizdən soruşun.

- Nikotin həbləri, psixoloji məsləhətlər və ya dərmanlar kimi siqaretə qarşı vasitələrdən istifadə edin.

- Təslim olmayın. Siqaret çəkənlərin çoxunun siqaretdən imtina etməsi üçün bir neçə cəhd lazımdır. Hər cəhdi müvəfəqiyyətə atılmış daha bir addım hesab edin.

- İnsult zamanı hərəkət təsirini təyin edin.

Bir çox insan insult əlamətlərinə məhəl qoymur, çünki simptomlarının nə dərəcədə real olduğunu bilmirlər. “Mənim tövsiyəm: öyrəşmədiyiniz simptomlar varsa, gözləməyin. Bədəninizi dinləyin və instinktlərinizə etibar edin. Nəsə qaydasında getmirsə, dərhal peşəkarlara müraciət edin”, - deyə həkim Rost deyir.

Milli insult birliyi, insult əlamətlərini xatırlamağınıza və ona reaksiya verməyinizə kömək edəcək sadə abreviatura F-A-S-T (CƏLD) yaradıb. Bu şəkli kəsin və asan istifadə üçün soyuducuya yapışdırın.

 

Face - Üz (üz əyriliyi)

Arms - Qol (bir və ya hər iki qolun idarəsinin itirilməsi)

Speech - Nitq (qəribə nitq)

Time - Zaman (bu simptomlardan birini hiss edirsinizsə, dərhal təcili yardım çağırın).

İnsult zamanı ilk üç saat gələcək proqnoz üçün çox əhəmiyyətlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR