Slimfit
  1. TEXNOLOGİYA

İnstaqramın gizli izləyicilərinə bəd xəbər – sosial səhifə səyahətinizin sərhədləri daraldı

İnstaqramın gizli izləyicilərinə bəd xəbər – sosial səhifə səyahətinizin sərhədləri daraldı
Sakura

İnstaqramın gizli izləyicilərinə bəd xəbər – sosial səhifə səyahətinizin sərhədləri daraldı

İnstaqram profil sahibi olmayan istifadəçilərə getdikcə daha çox məhdudiyyətlər qoymağa başlayır – yeni xüsusiyyətlər gizli izləyiciləri xeyli narahat edəcək. Sosial mediada təcavüz və zorakılıq hallarının artması ilə əlaqədar olaraq platformalar istifadəçiləri qorumaq üçün daha çox tədbirlər görməyə başlayıb.

TED.az xəbər verir ki, İnstaqram gizli izləyicilər üçün yeni bir qərar qəbul edib. Şəxsi məlumatların gizliliyinin daha çox önəm daşıdığı bir vaxtda, İnstaqram yeni xüsusiyyətilə istifadəçilərinə etibarlı bir profil təqdim edir. Artıq stalker (profil sahibi olmadan hansısa şəxsin səhifəsinə baxan) olmaq daha çətindir.

İnstaqramdan gələn yenilənməyə əsasən, profil sahibi şəxslər istifadəçilərə aid sadəcə bir neçə fotopaylaşım görə biləcəklər – İnstaqram hesabı olmayanlar məhdud məlumatla kifayətlənməli olacaqlar. Hesab edilir ki, bu da öz növbəsində daha çox profilin yaradılması ilə nəticələnəcək.

İnstaqramın bu yeni xüsusiyyətinə Feysbuk meneceri də fikir bildirib: “Əgər istifadəçi deyilsinizsə giriş ekranı görünməzdən əvvəl yalnız müəyyən miqdarda məzmunla tanış olmaq mümkündür. Bu xüsusiyyət insanlara mükəmməl İnstaqram təcrübəsi əldə etməyə və bu cəmiyyətin bir hissəsi olmağa kömək edir”.

Ekspertlərin fikrincə, 1 milyard istifadəçisi olan İnstaqram bu kimi yenilikləri ilə platformasını daha da genişləndirmək istəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR