Slimfit
  1. TEXNOLOGİYA

“Instagram”da “yaxın dostlar” siyahısı yaradılacaq

“Instagram”da “yaxın dostlar” siyahısı yaradılacaq
Sakura

Hətta dostluq siyahısında olanlar yaxın dostlar siyahısını görməyəcək

“Instagram” rəhbərliyi istifadəçiləri üçün daha bir yenilik hazırlayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə sosial şəbəkədə “yaxın dostlar” siyahısı yaradılacaq. İstifadəçilər dostluq siyahısında olan ən yaxın dostlarını həmin siyahıya əlavə edəcək. İstifadəçi özəl, məhz həmin siyahıda olan dostları üçün əlavə paylaşımlar edə biləcək. Bu paylaşımları başqa dostları görməyəcək. Hətta dostluq siyahısında olanlar yaxın dostlar siyahısını görməyəcək və o siyahıda olmadığını belə hiss etməyəcək. Yaxın dostlar siyahısında olanlar isə adlarının yanında yaşıl rəng görəcək. Hətta onlar da siyahıda özlərindən başqa kimlərin olduğunu görə bilməyəcək.

Qeyd edək ki, bu siyahını hazırlamaq üçün “Instagram”da sağ üst hissədə nizamlamalara daxil olsanız, orada “yaxın dostlar yarat" var. Ora daxil olub istənilən dostu “yaxın dostlar” siyahısına əlavə edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR