Slimfit
  1. TEXNOLOGİYA

"İnstagram Stories"-də maraqlı yenilik

"İnstagram Stories"-də maraqlı yenilik
Sakura

"İnstagram Stories"-də maraqlı yenilik

Fins.az-ın məlumatına görə,  Instagram Stories-ə xeyriyyəçilik layihələri üçün ianə yığımı stiker əlavə olunacaq. Bu barədə Techcrunchsaytı xəbər verib. Sözügedən funksiya hələki test rejinindədir və adi istifadəçilər üçün aktiv deyil. Bu funksiyanı ilk olaraq tərtibatçı Jane Manchun Wong fotoservisin kodunda aşkar edib.Məlumata əsasən Instagram-a həmçinin xeyriyyə layihələrinin axtarış sistemi də əlavə olunacaq. Həmin layihələri istifadəçilər öz Stories-lərinə ağ ürəyin əks olunduğu göy rəngli stiker ilə birlikdə əlavə edə biləcəklər. Bu vasitə ilə digər istifadəçilər hansısa xeyriyyə layihəsinə ianə göndərə biləcəklər.Instagram təsdiq edib ki, sözügedən funksiya bu il Stories bölməsinə əlavə ediləcək. Qeyd etmək lazımdır ki, Facebook sosial şəbəkəsi xeyriyyə layihələrinə ianələrin yığılması funksiyasına artıq sahibdir. Şirkət onu 2015-ci ildə sosial şəbəkəyə əlavə etmişdi. Keçən ilin noyabr ayında şirkət bldirmişdi ki, sözügedən funksiyanın istifadəyə verildiyi vaxtdan bəri istifadəçilər ümumilikdə 1 milyard dollardan çox ianə toplaya biliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR