Dərc edildi: Baxış sayı: 607
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir
"Instagram" sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirirlər. Bu haqda "Engadget" portalı məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, məlumata görə, yeni metod istifadəçi hesablarının bərpa edilməsi prosedurunu asanlaşdırmalı, həmçinin hakerlərin işini çətinləşdirməlidir. Öz hesabına giriş əldə etmək üçün istifadəçilər elektron poçt ünvanı və ya telefon nömrəsini (6 rəqəmli təhlükəsizlik kodu bu nömrəyə göndəriləcək) qeyd etməlidirlər.
Beləliklə, yeni üsul sosial şəbəkənin təhlükəsizlik xidmətinə müraciət etmədən istifadəçi hesabını bərpa etməyə imkan verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət