Slimfit
  1. MARAQLI

İnsanlığın sonu necə gələcək? - 50 Nobel laureatı ehtimalları açıqladı

İnsanlığın sonu necə gələcək? - 50 Nobel laureatı ehtimalları açıqladı
Sakura

Dünyanın ən savadlı insanları insanlığa təhdid olaraq gördükləri ən böyük və təhlükəli ünsürləri sıralayıb

Dünyanın ən savadlı insanları insanlığa təhdid olaraq gördükləri ən böyük və təhlükəli ünsürləri sıralayıb.

Publika.az xəbər verir ki, İngiltərənin elmi məqalələr yayımlayan “Yüksək Təhsil” dərgisi bu mövzuda anket sorğusu təşkil edib.

Anketdə kimya, fizika, fiziologiya, tibb və iqtisadiyyat elmləri üzrə mükafat alan və hazırda yaşayan elm adamlarının dörddən biri iştirak edib.

İştirakçıların üçdən biri ətraf mühitin çirklənməsi və dünya nüfuzunun artımını insanlığın sonunu gətirəcək amil kimi dəyərləndirib. Onlar ətraf mühitin çirklənməsini iqlim dəyişikliyinə bağlayıblar. Bu kateqoriyaya səs verən 18 elm adamı iqlim dəyişikliyi və artan dünya nüfuzuna qida və su təmin etməyin insanlıq üçün böyük təhdid olduğunu düşünürlər.

İkinci səbəb olaraq 12 iştirakçının səs verdiyi nüvə müharibəsi göstərilib.

Xüsusilə, son zamanlarda aktuallıq qazanan Şimali Koreyanın nüvə böhranı alimləri bu yöndə düşünməyə vadar edib. Beynəlxalq cəmiyyətin bu dövlətlə yaşadığı problemlərin bir nüvə müharibəsinə çevrilə biləcəyi deyilib.

Siyahının 3-cü pilləsində epidemik xəstəliklər və dərman təminatı yer alıb. Bu kateqoriyaya 4 alim səs verib. Bu alimlər yeni bir epidemiyanın baş qaldıracağını və ya var olan bir epidemiyanın başqa formada – daha güclü ortaya çıxacağını iddia edirlər. Hazırda sahib olduğumuz dərman ehtiyatının bu epidemiya qarşısında tab gətirməyəcəyini də qeyd ediblər.

Dünya Səhiyyə Təşkilatının verdiyi açıqlamaya görə isə, xəstəliklərə qarşı antibiotiklə müdafiə sağlamlığa, ərzaq təhlükəsizliyinə və inkişafa ən böyük təhdiddir.

4-cü kateqoriyada laqeydlik, yalançılıq kimi səbəblər göstərilib. 4 alimin fikri olan bu maddədə laqeydlik və doğruluqdan qaçmağın insanlığa ən böyük təhdid olması müdafiə edilib. Onlar iddia ediblər ki, internetin və onun cəzbedici özəlliklərinin çağına sürətlə addım atmaq humanist baxış bucağını itirməyimizə səbəb olacaq.

5-ci kateqoriyada təhsilsiz və cahil liderlərin dünyanın sonunu gətirəcəyi göstərilib. Lakin bu fikirdə olan alimlərin spesifik olaraq kimi nəzərdə tutduqları açıqlanmayıb.

Növbəti kateqoriyalarda terrorizm, dini ayrıseçkilik, bərabərsizlik, narkotikadan asılılıq, cəhalət dünyanın sonunu gətirəcək səbəblər kimi təqdim edilib.

Maraqlısı odur ki, bəzi alimlər süni intellektin, yəni kompüterlərin insan zəkasını keçib insanlığı yox etməsini iddia edib. Bu iddia bir çox insan tərəfindən müdafiə edilsə də, elmi olaraq müzakirə mövzusuna çevrilməyib.

Anketdə iki iştirakçı ABŞ Prezidenti Donald Trampı, özəllikə, insanlığa təhdid olaraq göstəriblər.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR