Slimfit
  1. CƏMİYYƏT

İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”

İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Sakura

İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”

İnsanların ictimai iaşə müəssəsilərinə, kütləvi toplaşdığı məkanlara və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı təkliflər hazırlanır.

Ens.az xəbər verir ki, bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

Onun sözlərinə görə, insanların QR kod vasitəsilə obyektlərə buraxılması təklif edilir.

F.Niftəliyev hazırda bu layihə üzərində iş aparıldığını, layihənin artıq sınaqdan keçirildiyini də söyləyib:

“Bizim təklifimiz odur ki, insanların hazırda karantin rejiminə görə bağlı olan ictimai iaşə müəssisələrinə, eləcə də iş yerlərinə girişləri yalnız QR kod vasitəsilə aparılsın. Belə olduqda xəstə insanlar həmin yerə daxil ola bilməyəcəklər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR